Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəldi

Xarici siyasət

20.10.2025 16:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gəlib.

TodayPress TV xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşıladı.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

TodayPress TV

tag: Prezident,İlham Əliyev,Qazaxıstan,Səfər,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo