Azərbaycan və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdi
Xarici siyasət
23.08.2025 15:15
Suriyanın daxili işlər naziri Ənəs Xəttab Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov ilə görüşüb.
TodayPress TV bu barədə Suriya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını, o cümlədən təhlükəsizlik və daxili işlər orqanlarının fəaliyyətini müzakirə ediblər.
Tərəflərin fikrincə, sabitliyin möhkəmləndirilməsinə və iki ölkənin ümumi maraqlarına nail olunmasına töhfə verəcək təcrübə mübadiləsinə xüsusi diqqət yetirilib.
tag: Azərbaycan,Suriya,Müzakirə,Görüş,Todaypress.tv,

