İtaliya Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi keçirildi - YENİLƏNDİ
Xarici siyasət
30.09.2025 18:25
Sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.
TodayPress TV xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verdi.
İtaliya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşısından keçdi.
***
18:24
Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi keçirilir.
TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
tag: İtaliya,Sercio Mattarella,Azərbaycan,Səfər,Todaypress.tv,
