Azərbaycan 19 dövlətin adından çağırış etdi

Azərbaycan 19 dövlətin adından çağırış etdi
11.06.2026 01:15 Xarici siyasət

Azərbaycan Əlillərin hüquqları haqqında Konvensiyanın XIX sessiyasının ümumi müzakirələri zamanı 19 dövlətdən ibarət regionlararası qrup (Albaniya, Banqladeş, Belarus, Bosniya və Herseqovina, Kamboca, Qırğızıstan, Laos Xalq Demokratik Respublikası, Malayziya, Meksika, Oman, Pakistan, Panama, San Marino, Səudiyyə Ərəbistanı, Tayland, Şərqi Timor, Ərbaycan) adından bəyanatla çıxış edib.

TodayPress TV  xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Birgə bəyanatda dünya əhalisinin təxminən 15%-nin əlilliyi olduğu vurğulanıb və Əlillərin hüquqları haqqında Konvensiyanın bütün hallarda, o cümlədən münaqişədə və münaqişədən sonrakı mühitdə minalardan, müharibənin partlayıcı qalıqlarından və əldəqayırma partlayıcı qurğulardan təsirlənən əlilliyi olan şəxslər üçün insan hüquqlarının qorunmasını təmin etməsinin vacibliyi vurğulanıb.

İştirakçı dövlətlər, xüsusilə milli mina fəaliyyəti potensiallarının yaradılması, inkişafı və effektiv fəaliyyət göstərməsi yolu ilə münaqişə və münaqişədən sonrakı mühitlərdə əlilliyin qarşısının alınmasının təşviqi üçün beynəlxalq dəstəyin sürətləndirilməsinə çağırıblar.

Dövlətlər həmçinin bütün əlilliyi olan şəxslər üçün təcili və davamlı tibbi yardım, fiziki reabilitasiya və protezləşdirmə, təhsil və iqtisadi reinteqrasiya üzrə milli potensialın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

TodayPress TV 

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər