Ayrı-ayrı ölkələrlə mövcud ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edildi

Xarici siyasət

08.07.2025 16:35

Bakıda “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsi çərçivəsində “İkitərəfli əməkdaşlıq gündəliyi: çağırışlar və imkanlar” adlı səkkizinci panel keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, panel müzakirədə Azərbaycan xarici işlər nazirinin müavinləri Fariz Rzayev, Elnur Məmmədov, Yalçın Rəfiyev və Samir Şərifovun əsas məruzəçilər qismində iştirak ediblər.

Mövzu ətrafında ümumilikdə 4 blok üzrə müzakirə baş tutub. Panel müzakirəsində ayrı-ayrı ölkələrlə mövcud ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətinin təhlili, bunun əsasında atılacaq gələcək addımlar, ikitərəfli əməkdaşlığın genişləndirilməsi mexanizmlərindən istifadə kimi mövzulara toxunulub.

tag: Azərbaycan ,XİN,İclas,Tədbir,Todaypress.tv,