Ceyhun Bayramov Keniya prezidenti ilə görüşdü

Xarici siyasət

03.06.2025 17:38

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Zati-aliləri Uilyam Samoei Ruto tərəfindən qəbul edilib.

TodayPress TV xəbər verir ki, bu barədə XİN məlumat yayıb. 

Görüş zamanı iqtisadiyyat, ticarət, təbii resurslar, təhsil və turizm sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər son dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların artmasını, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmlənməsini məmnunluqla qeyd ediblər.

"Keniyaya rəsmi səfərim çərçivəsində Keniya Respublikasının Prezidenti Zati-aliləri Uilyam Samoei Ruto tərəfindən qəbul olunmaq mənim üçün böyük şərəf oldu.

Görüş zamanı Azərbaycanın xarici siyasətində Afrika ölkələrinin, o cümlədən Keniyanın əhəmiyyətini bir daha vurğuladım və ikitərəfli, eləcə də çoxtərəfli əməkdaşlığımızın daha da möhkəmləndirilməsinə hazır olduğumuzu bildirdim" deyə Azərbaycan XİN başçısı öz "X" sosial şəbəkə səhifəsində yazıb.

Töhfə Səməd

tag: Azərbaycan,Keniya,Ceyhun Bayramov,Uilyam Samoei Ruto,todaypress.tv,

photo