ABŞ nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət etdi

ABŞ nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət etdi
17.06.2026 14:52 Xarici siyasət

Azərbaycanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadenin başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər güllər düzüb.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini protokol əməkdaşları və digər rəsmi şəxslər müşayiət ediblər.

TodayPress TV

FOTOLAR

ABŞ nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət etdi — 1
ABŞ nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət etdi — 2
ABŞ nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət etdi — 3
ABŞ nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət etdi — 4
XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər