UEFA Çempionlar Liqasının formatı dəyişir?
UEFA
04.10.2025 10:24
“Barselona”, “Real Madrid” və Superliqa təmsilçisi olan “A22” şirkəti səkkiz aylıq danışıqlardan sonra Çempionlar Liqasının formatında dəyişikliklərlə bağlı yekun təklifi UEFA-ya təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Layihəyə əsasən, turnirdə mübarizə aparan 36 komanda iki qrupa bölünəcək. Birinci qrupa UEFA reytinqində yüksək yer tutan komandalar daxil olacaq. Bu seçim top-klubların iştirak etdiyi matçların sayını artırmalıdır. Qrupda ilk səkkiz yeri tutan komandalar birbaşa 1/8 finala yüksələcək. İkinci səkkizlik və ikinci qrupun ən yaxşı səkkiz yeri tutan komandaları pley-off matçlarında oynayacaqlar.
Yeni Çempionlar Liqasının 2027-ci ildə start götürməsi gözlənilir.
Namiq HUN
tag: UEFA,ÇL,Format,Təklif,Todaypress.tv,
