Super Liqa: Laporta ilə Peresin yolları ayrılır

UEFA

04.10.2025 14:45

“Barselona” klubunun prezidenti Joan Laporta Super Liqa layihəsindən çıxmaq və “Real Madrid”i bu formatı təkbaşına müdafiə etməyə buraxmaq variantını nəzərdən keçirir. 

TodayPress TV xəbər verir ki, bu barədə Marca nəşriməlumat yayıb. 

Bildirilir ki, son aylarda “Barselona” ilə Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) arasında danışıqlar prosesi yaxşılaşıb. Kataloniya təmsilçisi hesab edir ki, UEFA klubların bir sıra tələblərini qəbul edib və indi qurumla əməkdaşlıq üçün daha əlverişli mühit yaranıb.

“Real Madrid” isə Super Liqa ideyasından imtina etmək niyyətində deyil. Klubun prezidenti Florentino Peres bu layihəni prioritet hesab edir və futbolun dəyişdirilməsi üçün əsas vasitə kimi görür.

Xatırladaq ki, 2021-ci ilin aprelində bir neçə klub rəhbəri Super Liqa ideyasına sadiq olduqlarını rəsmən təsdiqləmişdi. Florentino Peres planlaşdırılan turnirin ilk prezidenti olmuşdu.

Namiq HUN

TodayPress TV

tag: Florentino Peres,Joan Laporta,Super liqa,Real Madrid,Barselona,Todaypress.tv,