Ronaldu millidə yeni dünya rekorduna imza atdı
UEFA
05.06.2025 09:16
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu milli komandalar səviyyəsində dünya rekordunu yeniləyib.
TodayPress TV xəbər verir ki, UEFA Millətlər Liqasının yarımfinalında Almaniyaya qarşı keçirilən oyunda (2:1) ulduz futbolçu Portuqaliya millisindəki 137-ci qolunu vurub.
Bu göstərici ilə Ronaldu milli komandada ən çox qol vuran futbolçu kimi liderliyini daha da möhkəmləndirib. İkinci yerdə 112 qolla argentinalı Lionel Messi qərarlaşıb.
Qeyd edək ki, 40 yaşlı Ronaldu ümumi futbol karyerası ərzində artıq 937-ci qolunu vurub. Onlardan 800-ü klub səviyyəsində, 137-si isə milli komandada qeydə alınıb.
Portuqaliya UEFA Millətlər Liqasının finalında İspaniya–Fransa qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Namiq HUN
tag: Portuqaliya ,Kriştianu Ronaldu,UEFA,Almaniya,todaypress.tv\,