Qazaxıstanlı iş adamı “Kayrat”ın futbolçularına avtomobil vəd etdi

UEFA

22.09.2025 10:05

Multimilyonçu Tursenqali Alaquzov “Kayrat” komandasının futbolçularına avtomobil hədiyyə etmək vədini verib.

TodayPress TV xəbər verir ki, bunun üçün Almatı təmsilçisinin futbolçuları UEFA Çempionlar Liqasında “Real Madrid” klubunu məğlub etməlidirlər.

“Əziz qazaxıstanlılar, mən də hamı kimi vətənpərvərəm. Bilirik ki, 10 gündən sonra sevimli “Kayrat” komandamız “Real Madrid”lə qarşılaşacaq. Ad günüm ərəfəsində söz verirəm: “Kayrat” qalib gələrsə, matçda oynayan hər bir futbolçuya avtomobil hədiyyə edəcəyəm”, - deyə Alaquzov vurğulayıb.

Qeyd edək ki,  Qazaxıstanın ən varlı iş adamları siyahısında 61-ci yeri tutan Tursenqali Alaquzovun sərvəti 130 milyon dollar məbləğində qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Qazaxıstan,İş adamı,Kayrat,Avtomobil,Todaypress.tv,