ABŞ-dan Azərbaycana turist axını artdı

Turizm

27.08.2025 12:29

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 10 862 nəfər ABŞ vətəndaşı səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.

Cari ilin yanvar ayında Azərbaycana 1 069 nəfər (illik +23,7%), fevral ayında 924 nəfər (illik +11,5%), mart ayında 1 322 nəfər (illik +17,2%), aprel ayında 1 439 nəfər (illik +26,5%), may ayında 2 239 nəfər (illik +7,5%), iyun ayında 2 439 nəfər (illik +22,4%) ABŞ vətəndaşı gəlib.

Azərbaycana gələn ABŞ vətəndaşlarının sayı 2024-cü ildə 22 927 nəfər (illik +35,1%), 2023-cü ildə 16 971 nəfər (illik +37,96%), 2022-ci ildə 12 301 nəfər (illik +2,8 dəfə), 2021-ci ildə 4 400 nəfər (illik +69,04%), 2020-cü ildə 2 603 nəfər (illik -86,12%), 2019-cu ildə 18 759 nəfər (illik +7,2%) təşkil edib.

tag: ABŞ,Azərbaycan,Turist,Artım,Todaypress.tv,