Ermənilərdən daha bir separatçı addım – Son zamanlarda…

Təhlil

20.05.2025 16:12

11

“Qədim Naxçıvan yeparxiyasını qədim Azərbaycan hökümdarları, sülalələri qurmuşdular. Ermənilərin bunu qabartması özləri üçün bir mesaj olmalıdır”.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Kazım Kazımov bunu TodayPress TV-yə danışarkən deyib.

O bildirib ki, tarixdə Naxçıvan yeparxiyası deyə bir anlayış olub və Azərbaycan torpaqlarında qurulub:   

“Bu yeparxiya Naxçıvan, Zəngəzur, İrəvan ərazilərini özündə ehtiva edən dini mərkəz idi. Bir müddət fəaliyyət göstərəndən sonra kifayət qədər təbəsinin olmaması və XIX əsrdə bölgədə baş verən zəlzələlər səbəbi ilə aradan qalxdı. Çar hökuməti zamanı baş vermiş, sonra inkişaf etdirilməmişdir. Bunun da əsas səbəbi ciddi ehtiyacın olmamasıdır. Həmin əsrin sənədlərinə baxdıqda, sadəcə bir neçə min təbəsinin olduğu göstərilir. Lakin Ermənistan XX əsrin ortalarından etibarən, xüsusən də son zamanlarda bunu qabartmağa çalışır. “Yeni-Naxçıvan” termini ilə ilk olaraq öz separatçılıq niyyətlərini göstərirlər, ikincisi, vəziyyəti daha da qızışdırmağa çalışırlar”.   

Analitik düşünür ki, mövqeyi sülh və barışa çağırış olması olan Ermənistan yepiskoplarının missiyası hər zaman münaqişəni qızışdırmaq, Azərbaycana qarşı etnik nifrət dilini yaymaq olub:

“Bu da onu göstərir ki, Ermənistan kilsəsi dindən də milliyətçi vasitə olaraq istifadə edir. Bunun onlara faydası yoxdur. Digər tərəfdən, tarixə nəzər salsınlar. Qədim Naxçıvan yeparxiyasını qədim Azərbaycan hökümdarları, sülalələri qurmuşdular. İndi isə onların bunu qabartmaları özlərinə bir mesaj olmalıdır ki, bəli, siz tarixən Azərbaycan torpaqlarında yaşamısınız, Azərbaycan rəhbərliyinə tabe olmusunuz”.

Qeyd edək ki, ermənilər son illər “Yeni-Naxçıvan” barədə danışmağa başlayıblar. Hətta erməni katolikosu II Qareginin Rusiya və “Yeni-Naxçıvan” erməni yeparxiyasının dəvəti ilə Minskə getdiyi deyilir. 

Qiymət Mahir

tag: Kazım Kazımov,Politoloq,Ermənistan,Seperatçı,Todaypress.tv,

photo