Yuxudan oyanan kimi telefona baxmağın ZƏRƏRLƏRİ

Sosial

16.05.2025 13:46

14

Həkimlər insanların səhərlər yuxudan ayılan kimi dərhal smartfona sarılmalarının sağlamlıq üçün təhlükəli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın "El Espanol" nəşri məlumat yayıb. 

Belə ki, oyandıqdan sonrakı ilk 30 dəqiqə ərzində telefondan istifadə etmək tövsiyə olunmur. Çünki belə olduğu təqdirdə beyin mavi işıq və süni dopaminlə dolur və bədənin əslində ehtiyac duyduğu rahatlığı verilməmiş olur.

Bundan başqa, smartfon və digər texnoloji cihazlardan dərhal istifadə gündəlik narahatlıq, kortizol hormonunun yüksəlməsi (yəni stress səviyyəsinin artması) və yorğunluq hissi ilə nəticələnə bilər.  Mütəxəssislər səhərin ilk dəqiqələrini günəş şüalarının bədənə təsiri ilə başlamağı məsləhət görür.

Bu, heç olmasa 30 saniyəlik bir təmas da ola bilər. Həmçinin dərin nəfəs almaq və yüngül fiziki hərəkət etmək də günə sağlam başlamağın əsas addımları sayılır. 

Töhfə Səməd

tag: Yuxu,Telefon,Ziyan,Sağlamlıq,Todaypress.az,