Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul etdi
Sosial
01.10.2025 15:41
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 30-da və oktyabrın 1-də Sumqayıt Şəhər Polis İdarəsində vətəndaş qəbulu keçirib.
Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, şəhər polis idarəsinin inzibati binasında Sumqayıt şəhəri və digər rayonlardan gələn 367 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən hərbi hissəsinə gedib, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılan abidəni ziyarət edib.
Sonda general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Vətən müharibəsinin 23 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 295 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
tag: Vilayət Eyvazov,DİN,Vətəndaş,Qəbul,Todaypress.tv,
 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
        
 
                                ![Atası tərəfindən [[şiddətə məruz qalan]] uşaq sağaldı](/uploads/news/68e7a927e2520.webp) 
                                            ![Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb [[- FAKTİKİ HAVA]]](/uploads/news/6885c827031ba.webp) 
                                            ![Çaylarda [[sululuq artdı]]](/uploads/news/684d2eaae5589.webp) 
                                            ![[[Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd]] yolunun tikintisi 95 % icra olunub](/uploads/news/68c9229e56fa7.webp) 
                                            ![Qasımbəyli kəndinin [[su təchizatı]] yenidən quruldu](/uploads/news/68e8cb7ea0c3a.webp) 
                                            ![Babək prospektində [[avtomobillərlə hərəkət qismən]] məhdudlaşdırılacaq](/uploads/news/68272264363c5.webp) 
                                            ![“ASAN xidmət” [[Afrikada beynəlxalq forum]] təşkil etdi](/uploads/news/685a4be763d61.webp) 
                                            ![Ramin Məmmədov [["Cümə" və Əskipara kənd məscidlərini]] ziyarət etdi](/uploads/news/68ef4588a9bc8.webp) 
                                            ![KOB evlərində [[sahibkarlara]] 260 minə yaxın xidmət göstərildi](/uploads/news/686e0e23c9381.webp) 
                                            ![Gilasın [[qiyməti]] niyə düşmür?](/uploads/news/685be975101b0.webp) 
                                            