Ukraynada müharibə başlayandan tanınan diplomların sayı açıqlanıb - RƏSMİ
Sosial
29.08.2025 17:13
2022-2024-cü illər ərzində Ukraynada təhsil almış 3673 Azərbaycandan olan tələbənin müraciəti barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.
Agentlik müharibə davam edən müddətdə Ukraynada təhsil almağı seçən tələbələrin diplomlarının tanınması məsələsinə münasibət bildirib:
"Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4-cü bölməsində qeyd olunan tələblərin tam təmin olunması şərtdir".
Sözügedən qaydalar şəxsin təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması, tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasını nəzərdə tutur.
Bundan başqa, qeyd olunub ki, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə onlayn qaydada əldə olunmuş xarici kvalifikasiyaların Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınması mümkün deyil.
tag: Ukrayna,Müharibə,Diplom,Tanınma,Todaypress.tv,