Tələbələr üçün növbəti karyera təlimi təşkil edildi

Sosial

27.05.2025 17:57

3

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən karyera günü ilə bağlı daha bir görüş təşkil edilib. 

TodayPress TV xəbər verir ki, tərəflər arasında imzalanmış memoranduma əsasən Bakı Biznes Universitetində keçirilən tədbirdə tələbələrə Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri, xidmət kontingenti barədə məlumatlar verilib.   

Bildirilib ki, bu fəaliyyətin həyata keçirilməsində ixtisaslı kadrlara həmişə ehtiyac var və “Sosial iş”, “Psixologiya” ixtisasları da bu baxımdan çox əhəmiyyətlidir.   

Görüş iştirakçılarına Agentlikdə təcrübə keçmək imkanları, karyerada diqqət etməli olduqları xüsusi məqamlar, bu istiqamətdə araşdırmanın vacib mərhələləri, eləcə də karyera planlamasının üstünlükləri barədə yerli və beynəlxalq mənbələrə əsaslanan təlim keçilib.   

Sonda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

tag: Tələbələr,Təlim,Karyera,ƏƏSMN,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo