SXM benefisiarlarının iştirakı ilə inklüziv tədbirlər təşkil olundu

Sosial

25.09.2025 14:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sosial Xidmət Mərkəzlərinin benefisiarları və onların valideynləri üçün növbəti silsilə master-klaslar təşkil edilib. 

TodayPress TV xəbər verir ki, Yasamal Sosial Xidmət Mərkəzinin benefisiarları və onların valideynləri üçün təşkil edilən və açıq havada keçirilən “Mənim təbiət evim və bağçam” adlı master-klas zamanı uşaqlar kartondan evlər hazırlayaraq rəngləyiblər.

Həmçinin onlar üçün dibçəklərdə gül toxumları əkmək və öz bağçalarını qurmaq imkanı yaradılıb. 

Agentliyin digər Sosial Xidmət Mərkəzləri tərəfindən təşkil edilən “Tırtılımın macərası” adlı yaradıcı master-klaslarda da uşaqlar corab, pambıq və digər materiallardan istifadə edərək öz tırtıllarını hazırlayıblar. 

Mütəmadi təşkil edilən bu kimi fəaliyyətlər uşaqların kiçik motor bacarıqlarının təkmilləşdirilməsinə, yaradıcılıq potensiallarının ortaya çıxarılmasına, eləcə də onlarda özünəinamın artırılmasına və cəmiyyətə inteqrasiyasına xidmət edir.

TodayPress TV

tag: SXM,Benefisiar,Tədbir,Dəstək,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo