Suriya düşərgələrindən qayıdan vətəndaşların hüquqları Ombudsman tərəfindən nəzarətdə saxlanılır
Sosial
26.09.2025 09:26
17 sentyabr 2025-ci il tarixində Suriya Ərəb Respublikasının ərazisindəki düşərgələrdə saxlanılan 1-i qadın, 6-sı uşaq olmaqla 7 nəfər Azərbaycan Respublikası vətəndaşı ölkəmizə gətirilib.
TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın göstərişinə əsasən, Aparatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüş keçirib, onların hüquqlarının təmini vəziyyəti araşdırılıb.
Görüşdə qadın və uşaqlar Ombudsmanın mandatı, fəaliyyəti və ona müraciət imkanları barədə məlumatlandırılıb, uşaqların sosial adaptasiyası, təhsili, sənədləşmə işləri və digər məsələlərlə bağlı tövsiyələr verilib.
Eyni zamanda, müəssisə rəhbəri və əməkdaşları ilə söhbət aparılıb, yerləşdirilmiş şəxslərlə görülən işlər barədə məlumat alınıb.
Məsələ Ombudsmanın nəzarətində saxlanılır.
tag: Ombudsman,Suriya,Vətəndaş,Hüquq,Todaypress.tv,
 
        
 
                                ![[[Ekspert:]] “Sualların satılması ilə bağlı iddiaları uğursuz müəllimlər səsləndirirlər”](/uploads/news/6867dc2dbdb66.webp) 
                                            ![[[Ekspert:]] “Hər qəza ocağı ayrıca təhlil olunmalıdır”](/uploads/news/68e4eed06e567.webp) 
                                             
                                            ![Avtovağzallar [[bayram günlərində gücləndirilmiş iş rejimində]] fəaliyyət göstərəcək](/uploads/news/683ef06ad46d6.webp) 
                                            ![Süd və süd məhsullarının [[adambaşına istehlakı]] azaldı](/uploads/news/689d9aff7021c.webp) 
                                            ![Bölgələrdə yağıntılı hava şəraiti davam edir [[- FAKTİKİ HAVA]]](/uploads/news/68774c1d05149.webp) 
                                            ![Azərbaycanın rayonlarında güclü külək əsib [[- FAKTİKİ HAVA]]](/uploads/news/68983bc854cfd.webp) 
                                            ![Bəzi ərazilərdə [[qaz olmayacaq]]](/uploads/news/68c05c02088a8.webp) 
                                            ![TİKA-dan [[görmə məhdudiyyətli Qarabağ qaziləri üçün]] “ağıllı ağac” dəstəyi](/uploads/news/687a0c238e540.webp) 
                                            ![STM [[“dövlət suverenliyi” anlayışı ilə bağlı]] sorğu keçirdi](/uploads/news/68ccf963bd5fc.webp) 
                                            