Yasamalda baş verən yanğın söndürüldü
Bakının Yasamal rayonu, Lev Tolstoy küçəsində ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.
TodayPress TV xəbər verir ki, hadisə nəticəsində evin ikinci mərtəbəsinin 100 kv. m. hissəsi əşyalarla birlikdə tamamilə yanıb.
Hadisə nəticəsində evin birinci mərtəbəsinin bir otağı tamamilə yanıb. Hadisə yerinə FHN-in Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Evin digər otaqları yanğından mühafizə olunub.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
22:19
Bakının “Sovetski” kimi tanınan ərazisində yaşayış evlərindən birində yanğın başlayıb.
TodayPress TV sözügedən görüntüləri təqdim edir: