Qan ehtiyacı olanlara niyə pulla satılır? – Aydınlıq gətirildi
Sosial
05.06.2025 16:16
Qan köçürülməsi bir çox insanın həyatını xilas edən vacib bir prosesdir. Dünyada və elə Azərbaycanda da insanlar könüllü olaraq qan verirlər. Belə olduğu halda niyə insanlar qanlarını pulsuz verdiyi halda, xəstəxanalar bu qanı ehtiyacı olanlara pulla verirlər?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bildirib ki, qan alındıqdan sonra dərhal istifadə olunmur.
Əvvəlcə qan təhlükəsiz hala gətirilir, yəni yoxlanılır, təmizlənir və xüsusi şəraitdə saxlanılır. Onun sözlərinə görə, bu proseslər üçün xüsusi avadanlıqlar, texnikalar və bu işlə məşğul olan əməkdaşlar lazımdır. Ona görə də bu işin müəyyən xərc tərəfi var.
"Qanköçürmə İnstitutu, Qan Bankı və xəstəxanalar özləri qan istehsal etmir. Qan yalnız insanlar tərəfindən könüllü şəkildə verildikdə əldə olunur. İnsan qanını bağışlaya da bilər, sata da bilər. Bu onun şəxsi seçimidir. Əsas məsələ odur ki, həmin qan sağlam və istifadəyə yararlı olsun. Amma ən yaxşısı könüllü şəkildə ehtiyacı olana kömək etməkdir", - deyə Aydın Əliyev yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Aydın Əliyev,Dosent,Qan,Pul,Todaypress.tv,
 
                                             
        
 
                                ![Komitə [[qohum evlilikləri ilə bağlı məlumat yaydı]]](/uploads/news/68821cd5abc87.webp) 
                                            ![Ağ Amerika kəpənəklərinə qarşı [[dərmanlama işləri]] aparılır](/uploads/news/68a6b76d5809f.webp) 
                                            ![[[Yardımlı-Deman-Arvana]] avtomobil yolunda əsaslı bərpa işləri aparılır](/uploads/news/686e26ce8bccc.webp) 
                                            ![[[ADY və Gürcüstan Dəmir Yolları]] əməkdaşlığı genişləndirir](/uploads/news/6894a0319f10b.webp) 
                                            ![Ölkə ərazisində [[yağıntılı hava şəraiti]] qeydə alınıb](/uploads/news/68d8dfbec2f29.webp) 
                                            ![Azərbaycanın daha bir rayonunda [[ehsan süfrəsi ləğv edildi]]](/uploads/news/689365687abf5.webp) 
                                            ![Ağacların qanunsuz kəsilməsi ilə təbiətə [[30 mindən çox ziyan]] dəydi](/uploads/news/684c30a5d12fd.webp) 
                                            ![ASCO [[Çin şirkəti ilə]] müzakirələr apardı](/uploads/news/686cbbd1d2305.webp) 
                                            ![Bəzi rayonlara yağış yağır [[- FAKTİKİ HAVA]]](/uploads/news/68bd32e2ad391.webp) 
                                            ![DİN ikitəkərli nəqliyyat vasitələri [[sürücülərini qaydalara riayət etməyə çağırdı]]](/uploads/news/68753856813ef.webp) 
                                            