Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı oktyabrın 10-da keçiriləcək
Sosial
29.09.2025 15:12
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 10-da keçiriləcək.
TodayPress TV xəbər verir ki, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 10 oktyabr 2025-ci il tarixdə saat 10:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 108 ünvanında yerləşən Elektron imtahanlar korpusunda (https://maps.app.goo.gl/srxYzgzpmawoFJrK6) keçiriləcəkdir.
Namizədlərin nəzərinə çatdırılır ki, Dövlət İmtahan Mərkəzi tərəfindən qanunvericiliyə əsasən test imtahanının ödənişli olması nəzərdə tutulmuşdur. Ödəniş oktyabr ayının 3-də saat 09:00-dan etibarən oktyabrın 7-də saat 23:59-a qədər müddət ərzində Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinə (https://exidmet.dim.gov.az/elimt/ProkurorluqTest) daxil olaraq həyata keçirilməlidir.
Namizəd "İmtahana buraxılış vərəqəsi"ni qeydiyyat bitdikdən sonra DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti (https://exidmet.dim.gov.az/elimt/ImtBuraxilish) vasitəsi ilə çap etməlidir.
Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və "İmtahana buraxılış vərəqəsi" ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada keçiriləcək və imtahanın sonunda hər bir namizədə kompüterin ekranında imtahanın nəticəsi barədə məlumat-arayış təqdim ediləcəkdir. Məlumat-arayış həm də iştirak edən namizədin şəxsi kabinetinə yüklənir.
İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunacaqdır. Namizədlərin “Yaddaş kitabçası” (yüklə) və elektron test imtahanında kompüterdən istifadəyə dair Təlimatla (yüklə) tanış olmaları zəruridir.
Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 02 sentyabr 2025-ci il tarixdə Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilmişdir.
Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
tag: Prokurorluq,Qəbul,İmtahan,Oktyabr,Todaypress.tv,
 
        
 
                                ![MŞ İH-nin üzvləri [[Türkiyənin Azərbaycandakı səfirliyində]] oldular](/uploads/news/68513dd8c546a.webp) 
                                            ![2026-cı ilin dövlət büdcəsi elan olundu: [[Neft sektoruna olan asılılıq azalacaq…]]](/uploads/news/68c916267757b.webp) 
                                            ![FHN [[isti və quru hava şəraiti ilə bağlı]] əhaliyə müraciət etdi](/uploads/news/6872200574525.webp) 
                                            ![Bakıda [[iki müntəzəm marşrutun]] hərəkət sxemi dəyişdirilir](/uploads/news/6830aa91259f0.webp) 
                                            ![Azərbaycanla-Çin arasında viza rejiminin ləğvi nə vəd edir? [[– Ekspert rəyi]]](/uploads/news/687780dae45ec.webp) 
                                            ![Bakı metrosunun [[Müşahidə Şurasının tərkibi]] genişləndirildi](/uploads/news/68d4dea4da0f1.webp) 
                                            ![Naxçıvanın məhəllə və küçələrində [[qaz təchizatında]] fasilə yaranacaq](/uploads/news/682cad5c36220.webp) 
                                            ![Gələn ildən pensiya kapitalı nə qədər artırılacaq? [[- AÇIQLANDI]]](/uploads/news/68ff07ee2301b.webp) 
                                            ![Onlayn [[media subyektlərinə dəstək müsabiqəsinin]] nəticələri açıqlandı](/uploads/news/68568f281d93f.webp) 
                                            ![Müflisləşmə barədə ərizələr [[elektron formada hazırlanıb]] məhkəməyə göndəriləcək](/uploads/news/684021d9bf805.webp) 
                                            