Londonda "YAŞAT" yay məktəbi davam edir
Cəmiyyət
28.07.2025 15:46
“YAŞAT” Fondunun təşkilatçılığı, “NEQSOL Holding”in, “Norm” ASC-nin və “Bakcell”in sponsorluğu, "Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda üçüncü "YAŞAT" yay məktəbi reallaşdırılır.
TodayPress TV xəbər verir ki, yay məktəbi “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılır və London Universitet Kollecində (University College London – UCL) keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində iştirak edirlər.
Tədrislə yanaşı, proqram çərçivəsində zəngin ekskursiyalar da təşkil olunur. İştirakçılar Temza çayında gəmi turunda və şəhər gəzintisində olublar. Kampus ərazisi ilə tanışlıqdan sonra Kraliça Elizabeth Olimpiya Parkına ziyarət və Kenterberi şəhərinə ekskursiya iştirakçıların marağına səbəb olub.
“YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.
Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edir.
tag: YAŞAT,NEQSOL Holding,Norm,Konstitusiya və Suverenlik İli,London,Todaypress.tv,
 
                                             
        
 
                                ![Yol Polisi sürücülərə [[müraciət etdi]]](/uploads/news/68b53c44287f8.webp) 
                                            ![Çimərliklər pullu olacaq? [[– AÇIQLAMA]]](/uploads/news/6878ee0908826.webp) 
                                            ![[[Bakı Su Həftəsi]] açıq elan edildi](/uploads/news/68c1189498ae3.webp) 
                                            ![Lənkəranda bir sıra ərazilər [[elektriksiz qaldı]]](/uploads/news/68c5dbc67a51e.webp) 
                                            ![FHN tərəfindən silsilə [[maarifləndirmə tədbirləri]] keçirildi](/uploads/news/68283bc3bdb57.webp) 
                                            ![Bakının bəzi ərazilərində [[qaz olmayacaq]]](/uploads/news/68a3495a3b8e3.webp) 
                                            ![Qurban bayramı ilə bağlı [[Naxçıvana olan reyslərin sayı]] artırıldı](/uploads/news/6843d7ef9d716.webp) 
                                            ![41 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/68809c42e7b60.webp) 
                                            ![Qaxın [[15 kəndində]] işıq olmayacaq](/uploads/news/689049a38a158.webp) 
                                            ![FHN [[Xaçmazda]] yanğın-taktiki təlim keçirdi](/uploads/news/684d33ec10e23.webp) 
                                            