Niyə az yesək də kökəlirik?
Sosial
28.09.2025 12:21
"Əksər hallarda artıq çəki düzgün olmayan qidalanma və fiziki aktivliyin azlığı ilə bağlıdır."
TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, bunu SberZdorovye tibb şirkətinin endokrinoloqu Veronika Neudakhina bildirib.
Həkim qeyd edib ki , bəzi hallarda səbəbi izah edilməyən çəki artımı hormonal balanssızlıqdan qaynaqlana bilər.
Onun sözlərinə görə, bu vəziyyət çox nadir hallarda müşahidə olunur və əsasən böyrəküstü və ya hipofiz vəzində şişlərin yaranması ilə əlaqəlidir. Belə hallarda orqanizmdə kortizol hormonunun (stress hormonu) miqdarı həddindən artıq artır.
Neudakhina izah edib ki, xroniki olaraq yüksək kortizol səviyyəsi piy toxumasının metabolizmini pozur və piyin bədəndə paylanmasını dəyişdirir. Nəticədə yağ əsasən üz, boyun, yuxarı bel və qarın nahiyəsində toplanır, lakin qollar və ayaqlar nisbətən incə qalır.
Mütəxəssis vurğulayıb ki, bu cür halların çox nadir olmasına baxmayaraq, səbəbi açıqlanmayan sürətli çəki artımında hormonal problemlərin də nəzərə alınması vacibdir.
Jalə Rövşən
tag: Artıq çəki,Piylənmə,Fiziki aktivlik,TodayPressTV,
 
        
 
                                 
                                            ![Günəşə məruz qalmaq [[dəri xərçəngi]] riskini artırır](/uploads/news/684f304ea6297.webp) 
                                            ![[[Həbsdə olmaq]] sağlamlığa təsir edir](/uploads/news/68e64f5876115.webp) 
                                            ![Ofis işçilərinə görməni qorumaq üçün [[vacib tövsiyələr]]](/uploads/news/68fe86fedf715.webp) 
                                            ![[[Xaricdən əczaçılıq]] məhsullarının alışı azaldı](/uploads/news/687ff2f2def10.webp) 
                                            ![[[Xərçəng və Alzheimer üçün]] yeni müalicə üsulu](/uploads/news/68f39af65b59e.webp) 
                                            ![Oturaq həyat tərzi [[ürək xəstəliklərini]] artırır](/uploads/news/683da60b5dcee.webp) 
                                            ![Alimlər yaddaş üçün vacib molekulun [[sirrini açıqladılar]]](/uploads/news/686a939ba9d96.webp) 
                                            ![[[Səhiyyə Nazirliyi]] havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi](/uploads/news/68ce169081bc8.webp) 
                                            ![Zərərli qidalanma beyində [[iltihabi prosesləri]] artıra bilər](/uploads/news/683da6df139b1.webp) 
                                            