“Nikosayağı” əfv siyahısına niyə düşmədi? – AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Əfv Sərəncamı 200-dan çox şəxsə şamil olunub.
TodayPress TV xəbər verir ki, bəzi tanınmış şəxslərin adlarının əfv siyahısında olması gözlənilsə də, bu, baş vermədi.
Törətdiyi yol qəzasında dostu Ruslan Məmmədovu itirən və sağ yuxarı ətrafı dirsəkdən amputasiya olunan “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin də adı əfv siyahısında yoxdur.
Bloqerin atası Nafiz Mütəllimov bu barədə TodayPress TV-yə danışarkən deyib ki, Əfv Komissiyasına müraciət etməyiblər.
"Növbəti əfvə qədər müraciət etməyi düşünürük. İnşallah qismət olsa, müraciət edəcəyik". N. Şakirlinin atası oğlunun vəziyyətinin hazırda normal olduğunu da diqqətə çatdırıb.
Töhfə Səməd
tag: Nikosayağı,Əfv,Komissiya,İclas,Todaypress.tv,