Konstitusiya məhkəməsindən vacib qərar
Sosial
02.10.2025 22:50
Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qərar qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumata görə, Plenum iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri və 80-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 12.1 və 12.5-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə məruzəni, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu, rəyləri araşdırıb, müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin I və X hissələrinə və 80-ci maddəsinə, qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinə, Cinayət Məcəlləsinin 5.1 və 12.5-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən həmin Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə xarici ölkənin ərazisində törətdikləri cinayətə görə cəzanın aşağı həddi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri ilə müəyyən edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
tag: Konstitusiya, Məhkəmə,Plenum,Cinayət Məcəlləsi, todaypress.tv,
 
        
 
                                ![Dövlət Xidmətinin rəisi Göygöldə [[vətəndaş qəbulu]] keçirdi](/uploads/news/687a384c11ebd.webp) 
                                            ![[[Xırdalandan Sumqayıta və Novxanıya]] hərəkət edən avtobuslar yeniləndi](/uploads/news/689dbfb15290e.webp) 
                                            ![ADY ətraf [[mühitə mənfi təsirin azaldılmasını]] təşviq etməyə davam edir](/uploads/news/68d4fb519cff2.webp) 
                                            ![[[Leyla Əliyeva və Arzu Əliyeva]] Milli Onkologiya Mərkəzində oldular](/uploads/news/68b2dc69aae4f.webp) 
                                            ![EAPCA Belçika Nümayəndələr Palatasına etiraz etdi [[- BƏYANAT]]](/uploads/news/6880eb984225d.webp) 
                                            ![Qubada din xadimləri üçün [[seminar-treninq]] keçirildi](/uploads/news/68a71f078bd81.webp) 
                                            ![Səfərbərlik Xidmətinin rəisi [[Göygöldə vətəndaş qəbulu]] keçirəcək](/uploads/news/6864ec4bd0c9a.webp) 
                                            ![Cari ildə [[200-dən çox şəxs]] Azərbaycana readmissiya edilib](/uploads/news/6877967dcfda6.webp) 
                                            ![[[Salman Musayev:]] “Din heç zaman radikal olmayıb”](/uploads/news/68f899eb38ff9.webp) 
                                            ![Lənkəranda bir sıra ərazilər [[elektriksiz qaldı]]](/uploads/news/68c5dbc67a51e.webp) 
                                            