Təbiətə 135 mindən çox ziyan vuruldu

Cəmiyyət

10.10.2025 21:30

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Zaqatala rayonunun inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Bu barədə TodayPress TV-yə Xidmətdən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsi və 8 Noyabr prospekti, Yasamal rayonu Şəfaət Mehdiyev küçəsi, Xəzər rayonu Qala-Pirallahı avtomobil yolunun kənarında və Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

TodayPress TV

tag: Dövlət Ekoloji Təhlükəsizlik Xidməti,Zaqatala,Baklı, Ziyan, todaypress.tv,