İsmət Səttarov: Azərbaycanla Özbəkistan media üzrə yeni imkanlar əldə edib
Sosial
30.09.2025 11:02
“Azərbaycan və Özbəkistan xalqlarını sadəcə ortaq tarix və mədəniyyət deyil, eyni zamanda, qardaşlıq, dostluq və bir-birinə bağlılıq duyğuları birləşdirir”.
TodayPress TV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün keçirilən Forum da məhz həmin qardaşlığın bariz nümunəsidir: “Bu münasibətlər dövlətlərimizin rəhbərlərinin şəxsi dostluğu və qardaşlığı sayəsində daha da güclənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev xalqlarımız arasında əsrlərdən gələn dostluğu strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırıblar. Onların siyasi iradəsi nəticəsində ölkələrimiz bu gün bütün sahələrdə, o cümlədən media sahəsində yeni imkanlar əldə edib. Audiovizual Şura olaraq biz inanırıq ki, Azərbaycan və Özbəkistan media qurumları arasında qurulan sıx əməkdaşlıq informasiya mühitimizin sağlam, obyektiv və peşəkar inkişafına mühüm töhfə verəcək. Xüsusən bugünkü dövrdə – rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və media dayanıqlılığı məsələlərinin ön plana çıxdığı bir vaxtda, ölkələrimizin bu sahədə birgə fəaliyyət göstərməsi olduqca əhəmiyyətlidir. Birgə layihələr, informasiya mübadiləsi, yeni texnoloji trendlərin tətbiqi və peşəkar jurnalistlərimizin təcrübə mübadiləsi qarşılıqlı inkişafımıza xidmət edəcək. Əminəm ki, bu Forum Azərbaycan və Özbəkistan mediası arasında gələcək əməkdaşlığın daha da genişlənməsi üçün növbəti addım və uğurlu bir platforma olacaq”.
(APA)
tag: İsmət Səttarov,MEDİA,Tədbir,Açıqlama,Todaypress.tv,
 
        
 
                                ![AQTA yanında [[Məşvərət Şurasının növbəti iclası]] keçirildi](/uploads/news/685bf17e447e2.webp) 
                                            ![Türk Dövlətləri [[onkologiya sahəsində əməkdaşlığı]] gücləndirir](/uploads/news/684bc6ccac9fb.webp) 
                                            ![Qərar imzalandı: [[Kimlər 5 il tez pensiyaya çıxacaqlar?]]](/uploads/news/688b09cb7cb6f.webp) 
                                            ![[[“Konstitusiya və Suverenlik İli” çərçivəsində]] Qəbələdə regional konfrans keçirildi](/uploads/news/6835a0d06434e.webp) 
                                            ![Gözlənilən hava şəraiti ilə bağlı [[XƏBƏRDARLIQ]]](/uploads/news/68666ad1578eb.webp) 
                                            ![“Bu, kişilərin işsiz qalmasına səbəb olur” [[– Sosioloqdan ÇAĞIRIŞ]]](/uploads/news/684adc4674de1.webp) 
                                            ![Daha 4 ünvanda [[minib-düşmə yeri]] yaradıldı](/uploads/news/68fa1a7c6cd4c.webp) 
                                            ![Metronun [["Xalqlar dostluğu" stansiyasında]] qatarda texniki nasazlıq yarandı](/uploads/news/68d150d7823b0.webp) 
                                            ![Dövlət Komitəsinin sədri [[Rolf Bayars ilə]] görüşdü](/uploads/news/68822e1c97d19.webp) 
                                            ![Bakı-Ağstafa-Bakı istiqamətində [[əlavə qatar reysrləri]] təyin edildi](/uploads/news/68f8ec4e6808c.webp) 
                                            