Rəvan Həsənov: “Azərbaycanın multikulturalizm modeli 27 xarici universitetdə tədris olunur”
Cəmiyyət
22.10.2025 13:07
“Azərbaycanın 2015-ci ildə hazırladığı Multikulturalizm fənni hazırda 27 xarici ali təhsil müəssisəsində tədris olunur”.
TodayPress TV xəbər verir ki, bunu Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov Bakıda keçirilən “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpoziumda bildirib.
O diqqətə çatdırıb ki, bunun əsas səbəbi Azərbaycanın formalaşdırdığı multikulturalizm modelinə dünyanın maraq göstərməsidir:
“Müasir dövrdə təhsil sistemində yeni metodların tətbiqi qaçılmazdır. Qlobal vətəndaşlıq şüuru, niyyətə əsaslanan identlik məsələsi, multikultural tədris metodlarının hazırlanması və etik dəyərlərin öyrədilməsi artıq proqramların ayrılmaz hissəsinə çevrilib. Xüsusilə Qərb universitetlərində bu yanaşma açıq şəkildə görünür. Məsələn, “Religious and Global Ethics” və “Religious and Law” kimi fənlər bir neçə ixtisasın birləşməsi ilə formalaşaraq yeni akademik istiqamətlərin yaranmasına səbəb olub. Bu, müasir dünyanın zəruri tələblərindən biridir”.
Qiymət Mahir
tag: Ravin Həsənov,Din,Simpozium,Çıxış,Todaypress.tv,
