“İnstagram” çökdü

“İnstagram” çökdü
22.07.2026 19:57 Sosial

“Meta” şirkətinə məxsus “Facebook” və “Instagram” sosial şəbəkələrinin fəaliyyətində qlobal miqyasda problemlər yaranıb.

TodayPress TV xəbər verir ki, məlumata görə, nasazlıq Bakı vaxtı ilə saat 16:02 radələrində başlayıb. Problemlər əsasən Avropa ölkələri və ABŞ-də qeydə alınıb.

Ən çox şikayət “Facebook” istifadəçilərindən daxil olub. Böyük Britaniya, İtaliya, Niderland, ABŞ, Fransa, Almaniya, Belçika, İspaniya və digər ölkələrdə minlərlə istifadəçi tətbiq və veb-saytın işləmədiyini bildirib.

Eyni zamanda, “Instagram” istifadəçiləri də müxtəlif ölkələrdə tətbiqə girişdə çətinlik, xəbər lentinin yüklənməməsi, serverə qoşulma və digər texniki problemlərlə üzləşdiklərini qeyd ediblər.

Kübra Musayeva