ƏƏSMN-nin e-xidmətlərinə yanvar- may aylarında 10,7 milyon müraciət olub
Sosial
21.06.2025 12:35
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə yanvar-may aylarında 10,7 milyon müraciət edilib.
Bu barədə TodayPress TV-yə ƏƏSMN-dən məlumat verilib.
Ölkənin sosial reyestri olan “e-sosial” portalından həmin dövrdə 6,7 milyon dəfə istifadə olunub, 111,4 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda Nazirliyin 159 xidmətindən 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 60 proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, cari ilin 5 ayı ərzində Nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 196 milyon olub.
tag: ƏƏSMN,Elektron,Müraciət,Say,Todaypress.tv,