Dövlət Komitəsinin İctimai Şurasının yeni üzvləri ilə görüş keçirildi
Sosial
01.10.2025 12:37
Oktyabrın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni seçilən 11 nəfərdən ibarət tərkibdə ilk iclası keçirilib.
Bu barədə TodayPress TV-yə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat verib.
İlk toplantıda təşkilati məsələlərə baxılıb və Anar Xəlilov yenidən İctimai Şuranın sədri, Səbuhi Hüseynov sədr müavini, Həcər Əkbərova isə katib seçiliblər. Sonra şura üzvlərinin komitə rəhbərliyi ilə görüşü olub.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev şuranın yeni tərkibində fəaliyyət göstərəcək vətəndaş cəmiyyəti nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şura üzvlərini seçkinin uğurla başa çatması münasibətilə təbrik edib, qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən tədbirlərdə onlardan fəal iştirak və dəstək gözlənildiyini bildirib.
Prezident İlham Əliyevin sosial siyasətində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin prioritet istiqamət olduğu, torpaqlarımız işğaldan azad edilməsi nəticəsində onların doğma yurda Böyük Qayıdışının başlandığı, bərpa edilən və yeni salınan yaşayış məntəqələrinə müntəzəm köç karvanlarının yola salındığı bildirilib.
Qeyd edilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən həyata keçirilən tədbirlər çərçivəsində məcburi köçkünlərlə iş sahəsində Dövlət Komitəsi ilə İctimai Şura arasında səmərəli və qarşılıqlı əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
İctimai Şuranın sədri, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasında ictimai iştirakçılığın təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib və bu məqsədlə hazırlanmış fəaliyyət planı haqqında ətraflı məlumat verib. Görüşün, İctimai Şuranın fəaliyyətinin səmərəli təşkili, zəruri məlumatların əldə olunması, həmçinin ictimai iştirakçılıq tələb edən məsələlər üzrə müvafiq məsləhətləşmələrin aparılması baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Daha sonra Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərləri ilə İctimai Şura üzvləri arasında fəaliyyət planına uyğun müzakirələr aparılıb, təkliflər dəyərləndirilib. Görüşdə bir daha qeyd olunub ki, İctimai Şuranın fəaliyyətinin yüksək səviyyədə təşkilinə Komitə rəhbərliyi tərəfindən hərtərəfli dəstək göstəriləcək.
 
        
 
                                ![Bölgələrdə yağıntılı hava şəraiti davam edir [[- FAKTİKİ HAVA]]](/uploads/news/682747202f6df.webp) 
                                            ![Sabah Biləsuvarda [[qaz olmayacaq]]](/uploads/news/68b5400b83945.webp) 
                                            ![AQTA bir sıra ölkələrin [[qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini]] tanıdı](/uploads/news/688cbd1472b3e.webp) 
                                            ![EAPCA Belçika Nümayəndələr Palatasına etiraz etdi [[- BƏYANAT]]](/uploads/news/6880eb984225d.webp) 
                                            ![[[Psixoloq:]] “Ailə qurmaq bu problemləri həll etmir”](/uploads/news/6848266009825.webp) 
                                            ![QHT-lərə Dövlət Dəstəyi Agentliyinin [[2026-cı il üzrə qrant müsabiqələri]] elan edildi](/uploads/news/68a81942db95f.webp) 
                                            ![AHİK tarixində ilkə [[imza atıldı]]](/uploads/news/689af32eb83b4.webp) 
                                            ![Adnan Əhmədzadəni hansı cəza gözləyir? [[– AÇIQLAMA]]](/uploads/news/68d115b592578.webp) 
                                            ![[[Salyanda su ehtiyatlarından]] səmərəli istifadəyə dair maarifləndirici tədbir keçirildi](/uploads/news/689e267417008.webp) 
                                            ![Bakı metropoliteni [[gücləndirilmiş rejimdə]] çalışacaq](/uploads/news/68dbdb3240698.webp) 
                                            