Sədr müavini: “Kibersavadlılıq günümüzün ən vacib şərtlərindəndir”
Cəmiyyət
04.06.2025 11:47
“İnformasiya texnologiyalarından istifadə anlayışında ciddi boşluqlar var”.
TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kibersavadlılıq bu günün ən vacib şərtlərindəndir:
“Bu cür tədbirlərin keçirilməsi xalqına, millətinə, dövlətinə sadiq bir nəslin formalaşması məqsədi daşıyır. Mövzular fərqli olsa da, gəldiyimiz qənaət birdir: bu məsələlərdə birləşməli, koordinasiyamızı daha da gücləndirməli, vətəndaş cəmiyyətinin bu sahədə əməkdaşlığını təmin etməliyik”.
Sədr müavini diqqətə çatdırıb ki, son dövrlər informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı bu sahədə texnologiyalardan istifadə mədəniyyətinin formalaşmasında böyük problemlər yaradır:
“Bu gün biz xüsusən sosial şəbəkələrə nəzər saldıqda xaotik vəziyyəti görə bilərik. Hazırda uşaqların müdafiəsindən danışanda yalnız fiziki olaraq yox, hətta daha çox rəqəmsal olaraq onların təhlükəsizliyindən danışmış oluruq. Kibersavadlılıq bu günün ən vacib şərtlərindəndir deyə bilərik”.
Töhfə Səməd
tag: Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.tv,