DETX: yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub
Sosial
05.06.2025 17:31
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Quba, Xaçmaz, Qəbələ və Balakən rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı Bakı şəhəri Nizami rayonu Özbəkistan və Azər Manafov küçələrinin kəsişməsində “Teymuroğlu construction” MTK-ya məxsus ərazidə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsi 14D saylı yaşayış binasının qarşısında, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi dalan 4 ünvanında ağacların qanunsuz kəsilməsi aşkarlanıb.
Bundan başqa, Quba rayonu Rustov kəndi ərazisində, Xaçmaz rayonu Həsənqala kəndi ərazisində “Providense Doyç” MMC-yə məxsus ərazidə, Qəbələ rayonu Zarağan kəndi ərazisində və Balakən rayonu Hənifə bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində eyni hal aşkarlandığı üçün yaşıllıqlara 144 060 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
tag: Dövlət Ekoloji Təhlükəsizlik Xidməti,Yaşıllıq,Qanunsuz,Kəsilmə,Todaypress.tv,
 
        
 
                                ![Qadın həbsdəki ərinə [[narkotik keçirmək istədi]]](/uploads/news/689e10c9c0dbe.webp) 
                                            ![Gədəbəydə maşın vuran piyadanın vəziyyəti [[AÇIQLANDI]]](/uploads/news/687b895e9fe4c.webp) 
                                            ![Nəsimi və Sabunçuda [[oğurluq edən 4 şəxs]] saxlanıldı](/uploads/news/686291b95d781.webp) 
                                            ![Nazirlik [[meşə yanğınları ilə bağlı]] əhaliyə müraciət etdi](/uploads/news/6884781f9f59f.webp) 
                                            ![İrandan [[16 kiloqrama yaxın]] narkotikin keçirilməsinin qarşısı alındı](/uploads/news/6900a9b01170d.webp) 
                                            ![Dələduzluqda [[şübhəli bilinən şəxslər]] saxlanıldı](/uploads/news/68a572e4e3c37.webp) 
                                            ![[[Azərbaycanlıların işgəncələrə]] məruz qalması ilə bağlı yeni ifadələr elan olundu](/uploads/news/68ffaea4e5404.webp) 
                                             
                                            ![Sabunçuda [[3 otaqlı ev]] yandı](/uploads/news/68637684983b9.webp) 
                                            ![Qadınları [[“TikTok”da şantaj edən şəxs]] saxlanıldı](/uploads/news/6839bb9c35bcb.webp) 
                                            