Benefisiarların valideynləri üçün təlim təşkil edildi

Sosial

03.09.2025 16:37

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ağdam Sosial Xidmət Mərkəzində sosial reabilitasiya xidmətlərinə cəlb olunan əlilliyi olan uşaqların valideynləri üçün təlim keçirilib. 

TodayPress TV xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Valideynlərə uşaqlarının davranışlarını düzgün müşahidə etmək, qiymətləndirmək və effektiv müdaxilə planları hazırlamaq istiqamətində praktiki məlumatlar verilib. 

Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb və valideynlərin sualları cavablandırılıb. 

Tədbirin məqsədi uşaqlara göstərilən diqqət və qayğının gücləndirilməsi, erkən müdaxilə vasitəsilə sosial-psixoloji xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək verilməsi, həmçinin onların sosial inklüziyasına dair valideynlərin məlumatlılığının artırılması olub. 

Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlər valideynlərin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların sosial rifahına və psixoloji dayanıqlığına da müsbət təsir göstərir.

TodayPress TV

tag: ƏƏSMN,Ağdam,Əlil,Uşaq,Todaypress.tv,