Balıq yağı sağlamlığa zərər verə bilər
Faydalı hesab edilən Omeqa-3 yağ turşuları bəzi hallarda zərərli təsir göstərə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq ediblər.
Sağlam insanların profilaktika məqsədilə balıq yağı qəbul etməsi ürək ritmində pozuntu riskini artıra bilər.
Eyni zamanda, artıq ürək problemi olan şəxslər üçün bu əlavələr əksinə, xəstəliyin ağırlaşma və ölüm riskini azalda bilər.
Mütəxəssislər bu fərqli təsiri yağ turşularının dozası və tərkibi ilə əlaqələndirirlər.
Çünki bəzi pəhriz əlavələrində Omeqa-3 etil efiri formasında olur və bu maddə orqanizm tərəfindən zəif sorulur, bəzən də xolesterolu artırır.
Bu səbəbdən, mütəxəssislər balıq yağı əlavələrindən istifadə zamanı ehtiyatlı olmağı və lazım gəldikdə həkim məsləhəti ilə qəbul etməyi tövsiyə edirlər.
Türkan İsgəndərli
tag: Balıq,Yağı,Sağlamlıq,Zərər,TodayPress.tv,