Azərbaycanda uşaqların suallarına cavab verəcək chatbot hazırlanır
Sosial
29.09.2025 22:10
"Azərbaycanda rəqəmsal məktəb layihəsi çərçivəsində uşaqların suallarına cavab verəcək chatbot hazırlanır".
TodayPress TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Emrullayev məlumat verib.
Nazir bildirib ki, hazırlanacaq sistem bütün dərslikləri öyrənəcək və xüsusilə Azərbaycan tarixi, Azərbaycan dili və digər əsas fənlər üzrə şagirdlərə dəstək verəcək.
E.Emrullayev əlavə edib ki, yeni strategiyada 2027-2030-cu illər üçün təhsil proqramlarında süni intellektin tətbiqi xüsusi diqqət mərkəzində olacaq:
"Həmçinin layihə çərçivəsində ekoloji və iqlim dəyişiklikləri ilə bağlı fənlər üzrə dərsliklər də hazırlanacaq. Məqsəd hər mövzuda yalnız bir dərslik hazırlamaq deyil, əksinə, mövzuya uyğun fərqli sahələr üzrə intelektual və tədris dəstəyini təmin etməkdir".
tag: Emin Əmrullayev, Uşaq,Chatbot, Elm və Təhsil nazirliyi, todaypress.tv,
 
        
 
                                ![[[Nazir müşaviri:]] “Şagirdlərdə bacarıq və səriştələrin formalaşdırılması yüksək səviyyədə deyil”](/uploads/news/68c3c8ee5fbbb.webp) 
                                            ![Hakim vəzifəsinə namizədlər üçün [[test imtahanı keçirildi]]](/uploads/news/68cfd88801118.webp) 
                                            ![Magistraturaya [[ixtisas seçimi]] başladı](/uploads/news/686b7375cb397.webp) 
                                            ![Azərbaycan dili [[fənni üzrə keçirilən test imtahanının nəticələri]] elan olundu](/uploads/news/682732a2f0981.webp) 
                                            ![Məktəbəqədər [[təhsilə cəlb olunan]] uşaqların sayı açıqlandı](/uploads/news/686b89dbbd57d.webp) 
                                            ![Təhsil müəssisələrinə [[sənəd qəbulu]] müvəqqəti dayandırılır](/uploads/news/682ae17a83855.webp) 
                                            ![Cəbrayılda [[32 ildən sonra]] ilk dəfə “Son zəng” çalındı](/uploads/news/684d4ad7ea81c.webp) 
                                            ![DİM jurnalistika üzrə [[magistraturaya qəbul olmaq]] istəyənlərə müraciət etdi](/uploads/news/68515490e2087.webp) 
                                            ![Nazir bu il nə qədər [[şagirdin təhsil alacağını]] açıqladı](/uploads/news/68c275ed1ef93.webp) 
                                            ![[[Firudin Qurbanov:]] “30 il əvvəl bunları təsvir etmək çox çətin idi"](/uploads/news/685b9b6cc9725.webp) 
                                            