“ASAN xidmət”in nümayəndə heyəti beynəlxalq təcrübə mübadiləsi proqramında iştirak etdi

Sosial

13.10.2025 14:26

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunan beynəlxalq təcrübə mübadiləsi proqramında iştirak edib.

TodayPress TV xəbər verir ki, qabaqcıl innovasiya ekosistemində keçirilən proqram BƏƏ Hökumət Təcrübə Mübadiləsi Ofisi, Dubay Gələcək Fondu və Dubay Gələcək Akademiyası tərəfindən təşkil olunub. 

İştirakçılar gələcəyin idarəetmə modelləri, innovasiya ekosistemlərinin qurulması, süni intellektin tətbiqi və dövlət xidmətlərində rəqəmsal transformasiya kimi mövzulara dair nəzəri biliklər və praktiki bacarıqlar əldə ediblər.

Nümayəndə heyəti tərəfindən proqram iştirakçılarına “ASAN xidmət” modeli barədə ətraflı məlumat verilib. 

Proqram çərçivəsində  “Dubai Future Labs” və “Area 2071” kimi qabaqcıl mərkəzlərin fəaliyyəti ilə tanışlıq olub, innovasiya və dövlət xidmətləri sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

TodayPress TV

tag: ASAN,Xidmət,Təcrübə,Proqram,Todaypress.tv,

photo
photo
photo
photo
photo