AQTİ-nin yeni saytı istifadəyə verildi
Sosial
07.06.2025 14:29
7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günündə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yeni saytı istifadəyə verilib. Sayt sahibkarların məlumatlandırılması, istehlakçıların maarifləndirilməsi üçün çox faydalı imkanlar təqdim edir. Müasir və interaktiv platformada qida təhlükəsizliyi ilə əlaqəli ən son yeniliklər, xəbərlər və sahibkarların xidmətlərə əlçatanlığını təmin etmək üçün müraciət bölmələri yaradılıb.
Bu barədə TodayPress TV-yə AQTİ-dən məlumat verilib.
Saytda AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyaları və onların göstərdiyi xidmətlər barədə ətraflı məlumatlar təqdim olunur. Sayta daxil olan hər kəs laboratoriyalara virtual tur etmək imkanı qazanacaq.
Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun təklif etdiyi təlimlər, konsaltinq, halal sertifikatlaşdırma, layihələndirmə, xarici qiymətləndirmə və digər xidmətlər sahibkarlar üçün daha asan formada təqdim olunub.
Yenilənən saytda “HALAL” uyğunluq sertifikatı almaq istəyən sahibkarlar üçün yeni “Kalkulyator” bölməsi yaradılıb ki, burada müvafiq bölmələri dolduraraq "HALAL" sertifikatlaşma üzrə qiymətləndirmə rüsumlarını öyrənmək mümkündür.
Saytda hər gün yenilənən maraqlı məqalələr istehlakçıların maarifləndirilməsi üçün əlverişli informasiya mənbəyidir.
tag: AQTA,Məlumat,Sayt,İstifadə,Todaypress.tv,
 
        
 
                                ![Qırğızıstana [[elektron icazə blankı ilə]] ilk dəfə yük daşındı](/uploads/news/688cc51f88e11.webp) 
                                            ![[[Xankəndidə]] daha bir orta məktəb və uşaq bağçası istifadəyə veriləcək](/uploads/news/6893770283534.webp) 
                                            ![AQTA [[bəzi müəssisələrə fitosanitar sertifikatın]] verilməsini dayandırdı](/uploads/news/68403faad1ab0.webp) 
                                            ![Media Agentliyi manipulyativ başlıqlar yazan jurnalistlərə [[xəbərdarlıq etdi]]](/uploads/news/688f59d5950ee.webp) 
                                            ![[[Leyla Əliyevanın təşəbbüsü ilə]] aztəminatlı ailələrə qurban payları çatdırıldı](/uploads/news/6846975142e19.webp) 
                                            ![DYP sürücü və piyadalara [[müraciət etdi]]](/uploads/news/68da5518bc2ab.webp) 
                                            ![AZAL-ın [[Müşahidə Şurasının üzvləri]] dəyişdi](/uploads/news/68a81d5a4a2dd.webp) 
                                            ![AZAL [[Mərkəzi Asiya və MDB-nin]] ən yaxşı regional aviaşirkəti seçildi](/uploads/news/68515608026e7.webp) 
                                            ![Ağdamda keçmiş məcburi [[köçkünlərin müraciətləri]] dinlənildi](/uploads/news/687e66b0d186a.webp) 
                                            ![Mühafizə zonalarına [[nəzarət mexanizmləri]] təkmilləşdiriləcək](/uploads/news/6874fdec8aa5a.webp) 
                                            