Orxan Məmmədov: “KOB-ların inkişafı üçün birgə həllər tapmalıyıq”

Cəmiyyət

20.05.2025 10:49

5

“Sessiyanın Bakı şəhərində keçirilməsi Azərbaycanın sədrlik dövründə təşəbbüsləri gücləndirmək və KOB-ların dəstəklənməsi sahəsində əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli imkandır”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Biznes Şurasının 8-ci Plenar Sessiyası çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov  deyib.

Onun sözlərinə görə, görüşün məqsədi üzv ölkələr arasında praktik təcrübə mübadiləsi aparmaq, ideyalar bölüşmək və KOB-ların qarşılaşdığı çağırışlara birgə həll yolları tapmaqdır. AQEM Biznes Şurasının gündəliyində dayanan əsas mövzulardan biri rəqəmsal transformasiyadır:

“Rəqəmsallaşma KOB-ların səmərəliliyini artırmaqla yanaşı, onlara yeni bazarlara çıxış imkanı yaradır. Biz Azərbaycan olaraq KOB-lar üçün rəqəmsal marketinq, e-ticarət və məlumatların idarə olunması üzrə təlimlər təşkil edirik”.

Töhfə Səməd

tag: Orxan Məmmədov,KOBİA,KOB,İnkişaf,Todaypress.tv,