Alça niyə ucuzlaşmır?

Sosial

23.05.2025 17:27

85

May ayının sonlarına doğru bazarlarda alça bol görünsə də, alıcılar qiymətlərdən narazıdırlar. Mövsüm meyvəsi olan alçanın kiloqramının qiyməti paytaxt bazarlarında 5-7 manat arasında dəyişir. 

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, belə məhsulların qiyməti sırf bazar qanunları ilə, yəni tələb və təklif əsasında formalaşır.

Onun sözlərinə görə, alça tez xarab olan məhsuldur və alıcılar bu məhsulu yüksək qiymətə almasalar, qiymətlər aşağı düşəcək:

"Alça mövsümi meyvədir və uzunmüddətli saxlanma imkanı yoxdur. Əgər qiymət çox baha olsa, istehlakçı almaz. Bu zaman satıcı da məhsulu itirməmək üçün qiyməti aşağı salar". 

İqtisadçı qeyd edib ki, bu kimi mövsümü meyvələrin qiymətini bazar özü tənzimləyir.

Türkan İsgəndərli

tag: Xalid Kərimli,İqtisadçı,Alça,Qiymət,Todaypress.tv,

photo