33 dərəcə isti olacaq - SABAHIN HAVASI
Sosial
07.06.2025 12:05
İyunun 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən TodayPress TV-yə verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
tag: Hava, Temperatur, İsti, Yağmursuz, Azərbaycan, Mülayim, todaypress.tv,
 
        
 
                                ![Cəlilabada [[yeni prokuror]] təyin edildi](/uploads/news/6880b6479b900.webp) 
                                            ![İsveçrəyə qeyri-neft ixracı [[150 milyon dolları]] ötdü](/uploads/news/688210e72e44b.webp) 
                                            ![Bakı şəhər prokurorluğunda [[“Açıq qapı” günü keçirildi]]](/uploads/news/68d661dc1f92e.webp) 
                                            ![Qarabağda artan yanğınların qarşısını necə almaq olar? [[- Ekspert danışdı]]](/uploads/news/688b804ec7f23.webp) 
                                            ![Binəqədidə qaz xətti zədələndi, [[bəzi qəsəbələr qazsız qaldı]]](/uploads/news/68ac3924eddb1.webp) 
                                            ![[[KOBİA sədri:]] “Bizneslərin yaşıl texnologiyalara keçidi təşviq olunur”](/uploads/news/682c6edf1a76a.webp) 
                                            ![[["Neptun" qurğusu]] Türkmənistandan Azərbaycana gətirildi](/uploads/news/6847e17fe8efa.webp) 
                                            ![Şərura [[prokuror]] təyin olundu](/uploads/news/6880b84bac53d.webp) 
                                            ![41 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/68722053c3c35.webp) 
                                            ![Atası tərəfindən [[şiddətə məruz qalan]] uşaq sağaldı](/uploads/news/68e7a927e2520.webp) 
                                            