Tramp: "İnanıram ki, bundan sonra münasibətlər əla olacaq"
Siyasət
09.08.2025 00:05
"Bu razılaşma ilə nəhayət ki, sülh yaratmağa nail olduq".
TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan lideləri ilə Ağ Evdə mətbuata birgə bəyanatları zamanı bildirib.
"Biz bir qədər əvvəl Oval kabineti tərk etdik. Orada həcmi böyük olan sənədləri və razılaşmanın çox mühüm maddələrini imzaladıq.
Ermənistan və Azərbaycan ölkələri döyüşləri əbədi olaraq dayandırmağı, ticarət, səyahət və diplomatik münasibətləri açmağı, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi öhdələrinə götürürlər. Bu, son dərəcə vacibdir.
Mən bu iki lider ilə xeyli vaxt keçirdim. Düşünürəm ki, onların münasibətləri çox yaxşı olacaq. Doğrunu bilmək istəyirsiniz? Onlar bir-birilə əvvəllər o qədər də tez-tez görüşməyiblər, amma yəqin ki, indi görüşəcəklər. Məncə, siz ikinizin münasibətləri əla olacaq. Bu barədə heç bir şübhəm yoxdur.
Əgər elə olmazsa, mənə zəng edin – məsələni yoluna qoyaram. Yaxşı? Əla".
Qiymət Mahir
Töhfə Səməd