Şalva Papuaşvili: "Orta Dəhlizin unikal potensialı bizim üçün xüsusi önəm kəsb edir"
Siyasət
23.10.2025 13:35
Gürcüstanın strateji mövqeyi və Orta Dəhlizin unikal potensialı xüsusi önəm kəsb edir. Son illərdə Orta Dəhlizdə yük dövriyyəsi və iqtisadi fəallıq presedenti olmayan artım nümayiş etdirir. Bu çox önəmli göstəricidir.
TodayPress TV xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisi Maliyyə Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Orta Dəhlizlə yük dövriyyəsinin artım tendensiyası regionun, eləcə də Avropa və Asiyanın iqtisadiyyatları üçün yeni imkanlar yaradır.
“Bütün bunlar Orta Dəhlizin böyük ticarət arteriyasına çevrildiyini göstərir. Eyni zamanda, ticarətin artımı və infrastrukturun inkişafı müasir maliyyə xidmətlərinin tətbiqi və gücləndirilməsi ilə müşayiət olunmalıdır. Məhz innovativ vergi sistemləri, maliyyə texnologiyaları və sabit maliyyə sektoru Orta Dəhlizi təkcə ən səmərəli nəqliyyat və ticarət marşrutuna deyil, həm də maliyyə mərkəzinə çevirən təməl yaradır”, - deyə Papuaşvili bildirib.
tag: Şalva,Papuaşvili,Orta Dəhliz,Gürcüstan,Todaypress.tv,
