Dmitri Kobitski İlham Əliyevi təbrik etdi
Siyasət
02.06.2025 14:26
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
TodayPress TV xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
MDB Parlamentlərarası Assambleya Şurasının – Müstəqil Dövlətlər Birliyi iştirakçılarının adından 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimizi qəbul etməyinizi xahiş edirik.
Bu əlamətdar gün təkcə azadlığın, suverenliyin və ərazi bütövlüyünün bərpasının deyil, həm də Azərbaycan xalqının birliyinin, onun ölkənin tarixi və mədəniyyəti ilə qürur duymasının rəmzidir.
Bu gün respublika beynəlxalq arenada öz mövqelərini möhkəmləndirərək və ölkənin tərəqqisinə xidmət edən mühüm layihələri həyata keçirərək irəliyə doğru inamla addımlayır.
Sizə - görkəmli dövlət xadiminə möhkəm cansağlığı, Azərbaycan Respublikasının əmin-amanlığı və onun vətəndaşlarının rifahı naminə yeni-yeni nailiyyətlər arzulayırıq".
tag: Prezident,İlham Əliyev,28 may,Təbrik,Todaypress.tv,