Chakib Benhafri: “Fransa törətdiyi cinayətlər üçün üzr istəyə bilmir”

Siyasət

03.06.2025 11:18

“Fransa hələ də özünün müstəmləkə keçmişinə dürüst baxmağı və bu acı yaddaşı cəsarətlə və səmimiyyətlə qəbul etməyi bacarmayıb”. 

TodayPress TV xəbər verir ki, bu barədə Əlcəzair Universitetində elmi-tədqiqat işləri üzrə rəhbər şəxs Chakib Benhafri Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda danışıb.

O, bildirib ki, Fransa törətdiyi cinayətlərə görə üzr istəməyə cəsarət etmir:

“Fransa hələ də Mağribdə və Afrikada törədilən cinayətləri etiraf edib, bu cinayətlərin Fransa Respublikasının adından həyata keçirildiyini qəbul edərək rəsmi üzrxahlıq etməyib. Bu baş vermədikcə, Fransa bu ağrılı keçmişlə barışmayınca, ölkə Parisin Notr-Dam kilsəsinin qozbel qəhrəmanı kimi öz belində müstəmləkə yaddaşının ağır yükünü daşımağa davam edəcək”.

Qiymət Mahir

tag: Bakı,Beynəlxalq,Tədbir,Fransa,Todaypress.tv,