Səbinə Əliyeva Mehmet Akarca ilə görüşdü
Xarici siyasət
18.06.2025 16:53
Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca arasında görüş keçirilib.
TodayPress TV xəbər verir ki, görüş zamanı iki ölkənin ombudsman təsisatları arasında insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mövcud olan sıx əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, gələcək əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
tag: Səbinə Əliyeva,Mehmet Akarca,Görüş,Ombudsman,Todaypress.tv,

