Yayda doğulan kişilər depressiyaya daha tez düşür

Sağlamlıq

05.08.2025 19:15

Psixi sağlamlığa yalnız irsiyyət deyil, həm də tərbiyə, yaşayış şəraiti, gəlir, təhsil və yaş kimi xarici amillər təsir edir. 

TodayPress TV xəbər verir ki, kanadalı alimlər bu mövzuda əlaqə aşkarlayıblar.

Belə ki, yay aylarında doğulan kişilərin depressiyaya daha çox meyilli olduğu ortaya çıxıb.

303 nəfəri (onların 65%-i qadın olub, orta yaş 26) əhatə edən araşdırmada depressiya və narahatlıq simptomlarını ölçən iki test təqdim olunub.

Əsas nəticələr respondentlərin 84%-də depressiya simptomları kritik səviyyədə olub.

Narahatlıq əlamətləri isə iştirakçıların 66%-də aşkarlanıb. Bu göstəricilər Kanada üzrə ortalamalardan xeyli yüksəkdir (depressiya – 22,3%, narahatlıq – 25,1%).

Araşdırmanın ən diqqətçəkən hissəsi isə yayda doğulan kişilərin digərlərinə nisbətən daha çox depressiyadan əziyyət çəkməsidir. Maraqlıdır ki, qadınlarda bu cür əlaqə tapılmayıb. Həmçinin, narahatlıq səviyyəsinin doğum vaxtı ilə əlaqəsi də müəyyən olunmayıb.

Alimlərin fikrincə, bu, hamiləlik dövründəki gündüz saatlarının uzunluğu və mövsümi infeksiyalar kimi xarici amillərlə bağlı ola bilər.

Lakin tədqiqatçılar qeyd edirlər ki, bu sahədə əlavə araşdırmalara ehtiyac var və gələcəkdə fərqli nəticələr əldə oluna bilər.

Türkan İsgəndərli

tag: Kişi,Qadın,Stress,Depressiya,Todaypress.tv,