Yaxşı yatmaq üçün nələr etməliyik?
Sağlamlıq
30.05.2025 19:45
Yuxu insanların fiziki və zehni sağlamlığı üçün həyati əhəmiyyətə malikdir.
TodayPress TV xəbər verir ki, kifayət qədər və keyfiyyətli yuxu orqanizmin bərpası, yaddaşın möhkəmlənməsi və immun sisteminin güclənməsi üçün vacibdir.
Mütəxəssislər xəbərdarlıq edir ki, yuxu pozğunluqları həm stress, həm də müxtəlif xəstəliklərə səbəb ola bilər. Yuxusuzluq, gecə vaxtı tez-tez oyanmaq və ya yuxu müddətinin az olması beyin funksiyalarının zəifləməsinə, diqqət çatışmazlığına və emosional narahatlıqlara gətirib çıxara bilər.
Yaxşı yuxu üçün müəyyən qaydalara riayət etmək tövsiyə olunur: yuxudan əvvəl ağır yeməkdən, kafein və elektron cihazlardan uzaq durmaq, otağın sərin və qaranlıq olması, həmçinin hər gün eyni vaxtda yatıb-durmaq. Fiziki aktivlik də yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edir.
Yuxu rejiminə diqqət yetirmək sağlam həyatın əsas sütunlarından biridir və sağlamlığın qorunması üçün mütləq diqqətə alınmalıdır.
Türkan İsgəndərli
tag: Yuxu,Yatmaq,Dünya,Sağlam,todaypress.tv,