Simonyan: “II Qaregin taxtdan əl çəkəcək”

Qərbi Azərbaycan

04.07.2025 16:12

Ermənistan parlamentinin spikeri Alen Simonyan bütün ermənilərin katolikosu II Qareginin tezliklə taxtdan əl çəkəcəyinə əmindir. 

TodayPress TV xəbər verir ki, bu barədə o, parlamentdə jurnalistlərlə söhbətində bildirib.

Simonyan belə bir məlumatı haradan aldığını dəqiqləşdirməyib. Spiker vurğulayıb ki, hakim “Mülki müqavilə” partiyasının katolikos taxtına namizədi yoxdur.

Nicat Osman

tag: Simonyan,Spiker,Qareqin,taxt,Todaypress.tv,